Dünya Güləş Birliyi (UWW) böyüklər arasında dünya çempionatında iştirak edəcək hakimləri müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda 46 ölkədən 71 referi ədaləti qoruyacaq.
Onlar arasında hakimlərimiz də yer alacaq. I-S dərəcəli referilərimizdən Asif Şirəliyev və Sədi Quliyev məsul yarışda ölkəmizi təmsil edəcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi