Türkiyənin xarici işlər naziri Hakan Fidan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Fidanın Moskvaya işgüzar səfəri 15-17 iyun tarixlərində baş tutacaq.
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar, həmçinin digər ikitərəfli təmaslar planlaşdırılıb", - Zaxarova qeyd edib.
Paşinyan Bişkekdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın vacibliyini bəyan edib
Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb