Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub.
Sosial şəbəkələrdə yaş yoxlanışı bank kartı və elektron poçt vasitəsilə həyata keçiriləcək
Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur - Əhməd İsmayılov