Bakı şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Avstriyanın Federal Xarici İşlər və Avropa Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Avstriya nümayəndə heyətinə isə Konsulluq məsələləri üzrə baş direktorun müavini Rene Amri rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Avstriya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib, habelə baxılmaqda olan bir sıra sənəd layihələrinə dair ətraflı müzakirələr aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparılıb, o cümlədən Azərbaycan və Avstriya arasında hüquqi yardım, təhsil, miqrasiya, əmək və digər sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində təkliflər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyunun 6-da Azərbaycan və İspaniya, iyunun 8-də isə Suriya ilə ilk konsulluq məsləhətləşmələri keçirilib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir