Bir qədər yaradıcı yanaşsaq, Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda Sülh Şurasının baş müşaviri Aryeh Laytston səsləndirib.
O bildirib ki, Orta Dəhlizin inkişafı təkcə region üçün deyil, bütün dünya üçün mühüm faydalar vəd edir.
“Hazırda TRIPP layihəsinin əsasını təşkil edən əlaqəli infrastrukturun yaradılması istiqamətində intensiv iş aparırıq. TRIPP Ermənistan və Azərbaycan arasında çıxılmaz vəziyyətin aradan qaldırılmasına xidmət edən ilk prinsipial, iqtisadi yönümlü təşəbbüsdür. Ümid edirəm ki, administrasiyamızın Orta Dəhlizin strateji əhəmiyyətinə verdiyi önəm hər kəs üçün bizim qədər aydındır. Bu yanaşma Prezident Donald Tramp tərəfindən dəstəklənir. Bu ilin əvvəlində Prezident Vaşinqtonda Sülh Şurasının ilk iclasına ev sahibliyi etdi. Həmin tədbirin ən yaddaqalan məqamlarından biri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın səmimi şəkildə qarşılanması oldu. Onların hər ikisinin tədbirdə iştirakı digər liderlərə göstərdi ki, sülh həm mümkündür, həm də praktik nəticələr verə bilər”, – deyə Sülh Şurasının baş müşaviri vurğulayıb.