Azərbaycan Badminton Federasiyası Afrikada badmintonun inkişafına dəstək layihəsini davam etdirir.
“İki sahil” xəbər verir ki, bu dəfə Azərbaycan Badminton Federasiyası Dünya Badminton Federasiyası (BWF) və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Ruanda Badminton Federasiyasını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təmin edib.Layihənin məqsədi sosial məsuliyyət çərçivəsində Afrika ölkələrində badmintonun inkişafına töhfə vermək və bu idman növünün kütləviliyini artırmaqdır.
Ruanda Badminton Federasiyası Azərbaycan Badminton Federasiyasına ünvanladığı rəsmi məktubda göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib. Məktubda qeyd olunub ki, təqdim olunan yardım ölkədə badminton üzrə ilk çempionatın uğurla təşkil edilməsində mühüm rol oynayıb.
Bundan əlavə, Ruanda Badminton Federasiyası Azərbaycan Badminton Federasiyası ilə uzunmüddətli tərəfdaşlıq qurmaq niyyətində olduğunu bildirib. Məqsəd Azərbaycanın badminton sahəsindəki təcrübəsindən faydalanmaq, Ruandada bu idman növünü daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq səviyyədə rəqabət apara biləcək idmançılar yetişdirməkdir.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var