İran hakimiyyəti Hörmüz boğazı üzərində idarəetmədə ABŞ-ın iştirak etməsinə icazə vermək niyyətində deyil. Məsələ ilə bağlı qərarın İran və Oman arasında həll ediləcəyi bildirilir.
“İki sahil” xəbər verir ki, bu barədə İranın dövlət informasiya agentliyi IRNA məlumat yayıb.
Agentliyin məlumatına görə, Tehran bu məsələ ilə bağlı Vaşinqtona hər hansı öhdəlik və ya vəd verməyib.
Məlumatda qeyd olunur ki, İranın müraciəti əsasında ABŞ Hörmüz boğazının idarə olunmasında heç bir rol oynamayacaq.
Bəyanatda vurğulanır ki, boğazın idarə olunması və təhlükəsizlik məsələləri regional ölkələrin iştirakı ilə həll edilməlidir.
Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb
ABŞ-ın səylərinin əsas hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib