İranın saxta xəbərlərə sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir əlaqəsi yoxdur.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, onların razılaşma ilə bağlı səsləndirdikləri bəyanatlar həqiqəti əks etdirmir. Tramp, həmçinin ötən gecə Hörmüz boğazından çıxan Hindistan gəmilərinə qarşı həyata keçirilən dron hücumunu qəbuledilməz adlandırıb.
“Onlar özlərini düzəltməlidirlər və bunu təcili şəkildə etməlidirlər”,- deyə ABŞ Prezidenti əlavə edib.