Qətər "The Washington Post" (WP) qəzetinin Dohanın enerji sahəsində qərarlarını guya İranla razılaşdırması barədə dərc etdiyi məlumatı təkzib edərək materialda yer alan iddiaları saxta və əsassız adlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Bürosunun bəyanatında bildirilib.
Qurum vurğulayıb ki, enerji daşıyıcılarının istehsalı və tədarükünə dair qərarlar heç vaxt İranla razılaşdırılmış şəkildə qəbul edilməyib və Tehranın maraqlarının irəli sürülməsi və ya regiondakı vəziyyətə təsir göstərilməsi ilə bağlı məqsədlər güdməyib.
"Bu cür iddiaların hamısı tamamilə əsassızdır", - bəyanatda qeyd olunub.
ABŞ-ın səylərinin əsas hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
"Axios": Tramp Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir