ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
“İki sahil” xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı "Bimo Fild" stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.
Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var