Neftin qiyməti 55 dollar/barrel səviyyəsinin üzərində qalarsa böyük neft şirkətləri yenidən gəlir əldə etməyə başlayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” araşdırma və konsaltinq şirkətinin hesabatında deyilir. Bildirilir ki, əgər 2017-ci ildə neftin qiyməti 50 dollar/barrel səviyyəsindən aşağı düşərsə həmin şirkətlər ötən 2 ildə olduğu kimi zərərlə işləyəcəklər.
Neftin qiymətində 55 dollar səviyyəsi neft və qaz sektorunun yenidən dirçəlməsi üçün ən optimal variantdır. 2017-ci ildə neftin qiymətinin orta hesabla 57 dollar/barrel səviyyəsində olması sektorun 75 faizinin xeyrinə olacaq.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub