Bu ilin ilk doqquz ayında Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə neft idxalının həcmi sutkada orta hesabla 6,657 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.
Bildirilir ki, 2015-ci ilin müvafiq dövründə bu rəqəm orta hesabla sutkada 6,696 milyon barrel təşkil edib. 2014-cu ilin ilk doqquz ayında isə qeyri-OPEC ölkələrində neft idxalının orta həcmi sutkada 5,895 milyon barrel olub.
Bu il OPEC-ə üzv olmayan ölkələrdə neft idxalının həcmi üzrə ən aşağı səviyyə mart ayında, sutkada 6,426 milyon barrel təşkil edib. EIA-nın proqnozuna görə, cari ilin ilk doqquz ayı ərzində qeyri-OPEC ölkələrində neft idxalının ən yüksək həcmi isə avqust ayında, sutkada 6,888 milyon barrel olub. 2015-ci ildə həmin maksimum göstərici sutkada orta hesabla 6,554 milyon barrel, 2014-cü ildə isə gündəlik 6,004 milyon barrel təşkil edib.
OPEC üzvü olmayan ölkələrdə neft hasilatı hazırda dünya neft istehsalının təxminən 60 faizi təşkil edir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub