İngiltərə Premyer Liqasında növbəti mövsümdən etibarən rəqibini saçından çəkən futbolçularla bağlı cəzalar yumşaldılacaq.
“İki sahil” xəbər verir ki, BBC-nin məlumatına görə, yeni qayda hakimlərə belə epizodlarda daha çox sərbəstlik verəcək və artıq hər saçdan tutma epizodu avtomatik qırmızı vərəqə ilə nəticələnməyəcək.
Qeyd olunur ki, bu mövsüm Premyer Liqada məhz saçdan çəkmə səbəbindən üç qırmızı vərəqə göstərilib. “Everton”dan Maykl Kin, “Mançester Yunayted”dən Lisandro Martines və “Sanderlend”dən Den Ballard bu səbəbdən meydandan qovulublar. Hər üç epizod VAR müdaxiləsindən sonra qeydə alınıb və geniş müzakirələrə yol açıb.
Yeni yanaşmaya əsasən, hakimlər qayda pozuntusu zamanı oyunçunun niyyətini və hərəkətin intensivliyini nəzərə alaraq qərar verəcəklər.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var