Donetsk “Şaxtyor”unun baş məşqçisi Arda Turan Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına layiq görülüb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Klublar arasında keçirilən ənənəvi sorğunun nəticələrinə əsasən, birinci yeri Arda Turan tutub. İkinci pillədə LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov qərarlaşıb. İlk üçlüyü isə “Polessya”nın baş məşqçisi Ruslan Rotan tamamlayıb.
Qeyd edək ki, Arda Turan 2025/26 mövsümündə “Şaxtyor”u Ukrayna çempionu edib. Bundan başqa, komanda UEFA Konfrans Liqasında yarımfinala qədər yüksəlib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var