Futbol üzrə dünya çempionatında bu gün növbəti matçlar baş tutacaq.
“İki sahil” xəbər verir ki, yarışın rəsmi proqramına görə, beşinci oyun günündə dörd qarşılaşma keçiriləcək. Günün ilk görüşündə İspaniya millisi Kabo-Verde yığması ilə üz-üzə gələcək. Daha sonra Belçika seçməsi Misirlə münasibətlərinə aydınlıq gətirəcək. Gecə saatlarında isə Səudiyyə Ərəbistanı və Uruqvay komandaları qarşılaşacaq. Oyun gününün son matçında İran millisi Yeni Zelandiya yığmasını sınağa çəkəcək.
Dünya çempionatı
15 iyun
20:00. İspaniya – Kabo-Verde
23:00. Belçika – Misir
16 iyun
02:00. Səudiyyə Ərəbistanı – Uruqvay
05:00. İran - Yeni Zelandiya
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var