İspaniyanın “Real Madrid” klubu müdafiəçi Mark Kukurellanın transferini rəsmən açıqlayıb.
“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Çelsi” klubu ilə futbolçunun keçidi barədə razılığa gəlib. İspaniyalı oyunçu ilə 2032-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
27 yaşlı müdafiəçi peşəkar karyerası ərzində “Barselona”, “Eybar”, “Xetafe”, “Brayton” və “Çelsi” klublarının formasını geyinib. O, İspaniya millisinin heyətində AVRO-2024-ün qalibi olub.
Qeyd edək ki, Mark Kukurella 2022-ci ildən “Çelsi”də çıxış edirdi. O, London təmsilçisinin heyətində UEFA Konfrans Liqasının qalibi olub.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var