Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
“İki sahil” xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibləri bəlli olacaq. Mərasim Bakı vaxtı saat 19:00-da başlayacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin mümkün rəqibləri “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Krayova” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), və “Vestri” (İslandiya) komandalarıdır.
Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var