16 iyun 2026 14:07
78

Elektron xidmətlərin mütəmadi olaraq yenilənməsi və optimallaşdırılması istiqamətində işlər aparılır - EKSKLÜZİV

Mövcud elektron xidmətlərdə yarana biləcək texniki problemlərin öncədən aşkar edilərək operativ həlli məqsədilə İqtisadiyyat Nazirliyi yanında İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən davamlı olaraq monitorinqlər həyata keçirilməkdədir. Eyni zamanda İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzinə bu istiqamətdə daxil olan müraciətlər qeydiyyata alınır və operativ şəkildə texniki problemin həlli təmin edilir. 

Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə müsahibəsində qeyd edib. 

O vurğulayıb ki, istifadəçi müraciətlərinin təhlili əsasında elektron xidmətlərin mütəmadi olaraq yenilənməsi və optimallaşdırılması istiqamətində işlər aparılır.

Yaqut Ağaşahqızı, “İki sahil”