Hazırda Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanına əsasən “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması istiqamətində işlər davam etdirilir.

Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin departament direktoru Rəşad Əbləsənov “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.
O vurğulayıb ki, sistemə dair əsasnamə layihəsi və normativ hüquqi akt layihələrinin təsdiqi, habelə adıçəkilən informasiya sisteminin texnoloji olaraq hazırlanması istiqamətində işlər başa çatdırıldıqdan sonra sözügedən sahədə ərizələrin qəbulu, emalı, hüquqi-texniki ekspertizası və nəticələrin təqdim edilməsi ilə bağlı bütün proseslərin tam rəqəmsallaşdırılması təmin ediləcəkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı çərçivəsində aqrar sektora 240 milyon manat investisiya yatırılıb
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib - Mikayıl Cabbarov