Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.
“İki sahil” xəbər verir ki, 4 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində, həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.
Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində Ağdam klubuna qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi