Ruben Amorim İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi təyin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı portuqaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. "Sky Sport Italia"nın məlumatına görə, razılaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, mayın 25-də klub komandanın qənaətbəxş olmayan nəticələri ilə bağlı Massimiliano Alleqrinin baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi.
Qeyd edək ki, "Milan" İtaliya çempionatında beşinci yeri tutub və turnirin ən yaxşı dörd komandasının birbaşa vəsiqə qazandığı Çempionlar Liqasına çıxa bilməyib.
Yanvar ayında Amorim 2024-cü ildən tutduğu İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi postunu tərk edib. Bundan əvvəl mütəxəssis Portuqaliyanın "Kasa Pia", "Braqa" və iki dəfə ölkə çempionatında qələbə qazandırdığı "Sportinq" klublarına rəhbərlik edib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var