"Neftçi"nin 2026/2027 mövsümü üçün hazırlıq planı müəyyənləşib.
“İki sahil” klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – "Palms Sports" Futbol Mərkəzində keçəcək.
Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Yuri Vernidubun rəhbərlik etdiyi komanda bu mərhələdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya "Partizan"ı olacaq.
Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər barədə daha sonra məlumat veriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi