Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmanın kapitanı Lionel Messi barəsində deməyə söz tapmayıb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, mütəxəssis bunu Əlcəzairə qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra bildirib.
O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:
"Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik".
Qeyd edək ki, Argentina Əlcəzair seçməsini 3:0 hesabı ilə məğlub edib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var