18 iyun 2026 10:32
1446

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilirs

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra “Qurani-Kərim”dən ayə oxundu. Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.