18 iyun 2026 16:05
154

Lukaşenko PUA-lara qarşı mübarizəni ordunun inkişafında əsas istiqamətlərdən biri hesab edir

Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin 2026–2030-cu illər üçün inkişaf planına düzəlişlərin edilməsi barədə təkliflərin yer aldığı hesabatı dinləyib. Lukaşenko pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizəni ordunun inkişafındakı ən mühüm istiqamətlərdən biri adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Belarus prezidentinin sözlərinə görə, müzakirələr işgüzar şəraitdə və "şişirtmələrə yol vermədən" aparılmalıdır. "Hava hücumundan müdafiənin effektivliyinin artırılması — heç bir əlavə çətinlik olmadan, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və zabitlərin hazırlanması — bunlar əsas istiqamətlərdən bəziləridir", — deyə o, qeyd edib.

Lukaşenko "dəqiq hesablanmış və ölçülüb-biçilmiş qərarlar" qəbul etməyə çağırıb. O hesab edir ki, Belarusun hərbi-sənaye kompleksi bəzi məsələlərdə "çevik tərpənməlidir". "Bizim səhv etmək hüququmuz yoxdur. Artıq pulumuz da yoxdur. Biz bütün silahlı qüvvələri tamamilə pilotsuz aparatlara keçirə bilmərik... PUA-lara qarşı güclü silaha sahib olmaq lazımdır. Bura adi atıcı silahlardan tutmuş radioelektron mübarizə (REM) vasitələrinə qədər hər şey daxildir", - deyə Lukaşenko əlavə edib.