Kanada yığması dünya çempionatının qrup mərhələsinin ikinci turunda Qətər millisini 6:0 hesabı ilə darmadağın edib.
“İki sahil” xəbər verir ki, Vankuverdə keçirilən oyunda qolları Kayl Larin, Conatan Devid (3), Natan Saliba və Məhəmməd Əl-Mannai vurublar.
Qətər yığması görüşü doqquz nəfərlə başa vurub.
B qrupunda Kanada 4 xalla liderdir. Eyni xala malik İsveçrə ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina ilə Qətərin aktivində isə hərəyə 1 xal var.
Son turda Kanada İsveçrə, Qətər isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var