Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib. O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq. Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda İ.Aşpizlə üz-üzə gələcək. Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var