19 iyun 2026 11:57
90

Seçin Rusiyadakı yanacaq vəziyyətinə görə "süni təşviş yaratmamağa" çağırıb

Hazırda Rusiyanın neft məhsulları bazarında çətin vəziyyət yaranıb və bu səbəbdən bəzi tədarükçülər yanacaq satışını azaldırlar.

“İki sahil” Rusiya mediasına istinadla xəbər verir ki,  bunu "Rosneft" şirkətinin baş icraçı direktoru İqor Seçin bildirib.

Onun sözlərinə görə, "Rosneft"in yanacaqdoldurma məntəqələrində (YDM) yanacaq satışına dair heç bir məhdudiyyət yoxdur.

"Biz kanistrlərdən (çənlərdən) istifadə edilməsini müsbət qarşılamırıq, lakin avtomobillərin çənlərini normal qaydada doldururuq. Hesab edirik ki, süni təşviş yaratmağa ehtiyac yoxdur. Bizim bütün yanacaqdoldurma məntəqələrimiz 100% işə hazırdır və heç şübhə etməyə bilərsiniz ki, hər şey stabil işləyəcək. Amma təbii ki, biz bazarın vəziyyətini izləyəcəyik", — deyə Seçin səhmdarların illik toplantısında vurğulayıb.

Yanacaq tədarükü ilə bağlı vəziyyəti şərh edən İqor Seçin qeyd edib: "Burada həm obyektiv, həm fundamental amillər var. Eyni zamanda mövsümi tələbatın yüksək olması və intensiv kənd təsərrüfatı işlərinin neft emalı zavodlarındakı (NEZ) plandankənar təmir işləri ilə üst-üstə düşməsi kimi situativ məqamlar da təsir göstərir".