“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə üzrə müəyyən edilmiş 22 hədəf rayon arasında Şəmkir və Tovuz da yer alır.
“Bu rayonlarda orta məhsuldarlığın 50 sentnerə çatdırılması, dəmyə əkin zonalarında isə məhsuldarlığın yüksəldilməsi planlaşdırılır. Bu məqsədlə müasir suvarma sistemlərinin tətbiqi, texnika təminatının yaxşılaşdırılması, lazer hamarlama texnologiyalarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur. 2030-cu ilə qədər ölkədə müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 300 min hektara çatdırılması hədəflənir. Aqrar siyasətdə rəqəmsallaşma, məlumatəsaslı qərar qəbuletmə və innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır”, - deyə nazir müavini qeyd edib.
Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib
Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir