“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə yüksək məhsuldarlıq, rəqabətqabiliyyətlilik və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan yeni mərhələnin əsasını qoyur.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na dair Qazax-Tovuz iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.
Nazir müavini bildirib ki, Dövlət Proqramı 5 məqsəd, 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti, 86 tədbir və 23 hədəf indikatorunu əhatə edir və aqrar sahədə konkret nəticələrə yönəlmiş icra mexanizmlərini müəyyənləşdirir.
“Proqram çərçivəsində intensiv bağçılığın genişləndirilməsi, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqi, aqropark və istixana fəaliyyətinin inkişafı, intensiv heyvandarlıq təsərrüfatlarının yaradılması və emal imkanlarının artırılması nəzərdə tutulur. Yeni mərhələdə əsas məqsəd əkin sahələrinin genişləndirilməsi deyil, torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə olunmasıdır”, - deyə nazir müavini əlavə edib.
Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib
Qazax-Tovuz iqtisadi rayonunda suvarma infrastrukturunun gücləndirilməsi üzrə tədbirlər davam edir
Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq