19 iyun 2026 12:42
81

Makron Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini bildirib

ABŞ lideri Donald Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti zamanı Ukrayna münaqişəsi ilə bağlı fikrini dəyişib. Fransa Prezidenti Emmanuel Makron belə bir qənaətdədir.

“İki sahil” xəbər verir ki,  Makron bu barədə "France 2" telekanalının efirində verdiyi müsahibədə bildirib.

"O (Tramp), Ukraynanın uduzacağını düşünərək gəlmişdi. Lakin fikrini dəyişdi... bu G7 sammitində həqiqətən də (münasibətdə) bir dəyişiklik baş verdi", — deyə "Linternaute" Fransa prezidentinin sözlərindən sitat gətirib.

"Bloomberg" agentliyi də məlumat yaymışdı ki, avropalı siyasətçilərin təsiri nəticəsində Trampın Ukrayna ilə bağlı mövqeyi Kiyevi dəstəkləmək istiqamətinə doğru dəyişib.