İran Futbol Federasiyası milli komandanın dünya çempionatının oyunlarına hazırlıq zamanı qarşılaşdığı məhdudiyyətlərlə bağlı Beynəlxalq Futbol Federasiyasına (FİFA) rəsmi şikayət ünvanlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Turnirin təşkilatçıları milli komandaya xəbərdarlıq ediblər ki, futbolçuların və İran nümayəndə heyətinin digər üzvlərinin oyun günlərindən kənar vaxtlarda ABŞ ərazisində qalması qadağandır. İran tərəfinə iyunun 21-də Belçika yığması ilə matçın keçiriləcəyi Los-Anceles şəhərinə sorğu göndərdikləri kimi iki gün əvvəl deyil, yalnız oyundan bir gün əvvəl gəlməyə icazə verilib.
"İran Futbol Federasiyası hesab edir ki, bu cür məhdudiyyətlər bütün iştirakçılar üçün bərabər şəraitin təmin edilməsi prinsipinə ziddir və milli komandanın hazırlıq prosesinə mənfi təsir göstərə bilər", - deyə bəyanatda bildirilir.