Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qax, Şəki, Tərtər, Bərdə və Göygöl rayonlarında toxumluq buğda və arpa əkin sahələrinə baxış keçirib.
“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Şəki və Tərtər Bölgə Təcrübə Stansiyalarında aparılan seleksiya işləri ilə tanış olunub, alimlər və mütəxəssislərlə görüşlər keçirilib. Görüşlər zamanı dənli-taxıl bitkilərinin ilkin toxumçuluğunun təşkili, eləcə də aqrar sahədə rəqəmsallaşmanın yaratdığı imkanlar və üstünlüklər barədə ətraflı məlumat verilib, onların təklif və fikirləri dinlənilib. Qeyd olunub ki, məhsuldarlığın artırılmasında yerli iqlim şəraitinə uyğun, yüksək məhsuldar sortlardan istifadə, eləcə də sertifikatlı toxumlardan istifadə xüsusi əhəmiyyət daşıyır. Sertifikatlı toxumlar yüksək cücərmə qabiliyyəti və sort təmizliyi ilə seçilərək məhsulun keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına birbaşa təsir göstərir. Əkin sahələrinə baxış zamanı sahələrin fitosanitar vəziyyəti, sort təmizliyi yerində qiymətləndirilib, fermerlərə müvafiq tövsiyələr verilib.
Toxum istehsalının artırılması, keyfiyyətli toxum təminatının gücləndirilməsi və bu sahədə özünütəminat səviyyəsinin yüksəldilməsi aqrar sektorun əsas prioritet istiqamətlərindən olduğu qeyd olunub. Bildirilib ki, bu məqsədlərə alim və fermerlərin birgə əməkdaşlığı nəticəsində nail olmaq mümkündür.
Mikayıl Cabbarov: Azərbaycanın İslam İnkişaf Bankı ilə tərəfdaşlığı yeni strateji mərhələyə yüksəlib
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Azərbaycan ilə Misir arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirilib