Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.
“İki sahil” xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub. Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.
Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.
Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var