Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 20–21 iyun tarixlərində Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan yarışda 6 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunacaq. Heyətə gənc oğlanlardan ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək. Beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da yer alacaq.
Heyəti təqdim edirik:
-60 kq
Məhəmməd Rüstəmli
Rəsul Əlizadə
Röyal Qayıbov
Anar Quliyev
-66 kq
Zeyd Ələsgərov
Sadiq İsgəndərli
-73 kq
Hüseyn Şahmarlı
Özqan Quliyev
Əli Hümbətov
-81 kq
Məhəmməd Ağakişiyev
-100 kq
Tunar Fərzəliyev
+100 kq
Sübhan Axundov
Cavidan Məsimov
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var