İranda müğənni Parasta Əhmədiyə onlayn konsertdə hicabsız çıxış etdiyinə görə 74 şallaq cəzasına məhkum edilib.
“İki sahil”in məlumatına görə, xarici media yazır ki, onun komandasının səkkiz üzvü eyni cəzaya məhkum edilib. Bundan əlavə, onlara iki il müddətinə ölkədən çıxmaq və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
Qum Vilayət Cinayət Məhkəməsinin qərarı musiqiçilərin kobud və əxlaqsız məzmun istehsal edib yaymaqla ictimai əxlaqı təhqir etmək ittihamından sonra verilib.
11 dekabr 2024-cü ildə Parastu Əhmədi konsertini YouTube-da onlayn yayımlayıb. O, qara, çiyinləri açıq, saçları açıq və hicabsız çıxış edib. İran qanunları qadınların ictimaiyyət qarşısında tək çıxış etməsini və hicabsız ictimaiyyət qarşısına çıxmasını qadağan edir. Verilişi yalnız ilk 24 saat ərzində təxminən 500.000 insan izləyib və bir neçə gün ərzində baxış sayı 2 milyona çatıb.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər