Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkənin növbəti dövlət başçısının siyasi təcrübəyə və partiyalarla sıx əlaqələrə malik şəxs olmasını vacib hesab edir.
“İki sahil” xəbər verir ki, o, ARD telekanalına müsahibəsində Almaniyada gələcəkdə də hökumətin formalaşdırılması ilə bağlı mürəkkəb siyasi proseslərin yaşanmasının istisna olmadığını vurğulayıb. Bu səbəbdən dövlət başçısı vəzifəsini siyasi sistemin iş prinsipini dərindən bilən və partiyalar arasında dialoqa töhfə verəcək şəxsin tutmasını məqsədəuyğun sayıb.
F.Ştaynmayer bu fikrini 2017-ci ildəki Bundestaq seçkilərindən sonrakı təcrübə ilə əlaqələndirib. Həmin dövrdə Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU), Azad Demokratlar Partiyası (FDP) və Yaşıllar Partiyasının iştirakı ilə nəzərdə tutulan “Yamayka koalisiyası” baş tutmadıqdan sonra o, növbədənkənar seçkilərin qarşısını almaq məqsədilə CDU/CSU və Sosial Demokratlar Partiyasını (SPD) koalisiya hökuməti yaratmağa çağırmışdı.
Almaniyanın yeni federal prezidenti 2027-ci il yanvarın 30-da Federal Məclis tərəfindən seçiləcək. İkinci və son səlahiyyət müddətini başa vuran Frank-Valter Ştaynmayer Konstitusiyaya əsasən yenidən namizəd ola bilməz.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər