Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında gərginliyin yenidən artmasından təəccübləndiyini bildirib.
“İki sahil” xəbər verir ki, bunu Fransa Prezidenti İtaliyanın ANSA agentliyinin sualına cavab olaraq bildirib.
Fransa Prezidenti əlavə edib ki, iyunun 25-də Antibdə keçiriləcək hökumətlərarası sammitdə Meloni ilə görüşəcək və sözügedən hadisəni müzakirə edəcək.
Qeyd edək ki, Tramp "La7" telekanalına qısa müsahibəsində İtaliyanın Baş naziri Meloninin Fransada keçirilən G7 sammitində onunla şəkil çəkdirmək üçün ona "yalvardığını" bildirib.
Meloni isə Trampı yalan danışmaqda ittiham edib və bu cür davranışdan məyus olduğunu vurğulayıb. Həmçinin İtaliyanın XİN rəhbəri Antonio Tayani iyunun 21-22-nə planlaşdırılan ABŞ-a səfərini ləğv etdiyini açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Corcia Meloni arasında beynəlxalq məsələlər üzrə, o cümlədən Roma Papası XIV Leonun ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına dair açıqlamalarının qiymətləndirilməsindəki ziddiyyətlər fonunda fikir ayrılıqları yaranmışdı.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər