Bir qrup ABŞ senatoru Rusiyanın xaricdə bloklanmış aktivlərinin vəsaitlərindən istifadə etməklə Ukrayna üçün silahların alınmasını nəzərdə tutan qanun layihəsini konqresin yuxarı palatasının müzakirəsinə təqdim edib.
“İki sahil” konqresin saytına istinadən xəbər verir ki, sənəd Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin və digər suveren aktivlərinin bu məqsədlərə yönəldilməsini nəzərdə tutur.
Hərbi təchizat və döyüşə hazırlığın qorunması üçün müsadirə edilmiş əmlak haqqında qanun layihəsinin təşəbbüskarları qismində Demokratlar Partiyasının nümayəndələri - Tim Keyn (Virciniya), Kris Kuns (Delaver) və Şeldon Uaythaus (Rod-Aylend), eləcə də respublikaçılar - Con Kornin (Texas), Rocer Uiker (Missisipi) və Çak Qrasli (Ayova) çıxış ediblər.
Bununla yanaşı, "The War Zone" nəşri yazıb ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Pentaqondan Ukraynaya əlavə "Patriot" ("PAC-3") zenit raketlərinin tədarükü imkanı barədə məlumat istəyib.
Bildirilib ki, komitə Müdafiə Nazirliyinə 2026-cı il oktyabrın 1-dən gec olmayaraq "PAC-3" raket əleyhinə vasitələrin mövcud ehtiyatları, onların Ukraynaya tədarükü imkanları, həmçinin belə tədarüklərin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına və müttəfiqlərin sifarişlərinin icrasına təsiri ilə bağlı qiymətləndirmənin olduğu hesabat təqdim etməyi tapşırıb.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər