Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.
Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.
Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı artıb. Onun sözlərinə görə, “Ebola” xəstələrinin müalicəsi üçün çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri genişləndirilir.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər