DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda keçirilən Türkiyə - Paraqvay oyunu öncəsi fərqli mərasim diqqət çəkib.
“İki sahil” xəbər verir ki, qarşılaşmadan əvvəl dövlət bayraqları digər oyunlarda olduğu kimi meydançaya sərilməyib. Bayraqlar xüsusi şəxslər tərəfindən əllərdə tutulub.
Məlumata görə, bayraqların yerə qoyulmaması tələbi əvvəlcə Səudiyyə Ərəbistanı və İraq tərəfindən irəli sürülüb. Hər iki ölkə bunu dini səbəblərlə əsaslandırıb. Belə ki, onların dövlət bayraqlarında Allahın adı yer aldığından, bayrağın yerə qoyulması uyğun hesab edilməyib.
İkinci turda Türkiyə də bu mövqeyə qoşulub. Türkiyə bayrağında belə yazı olmasa da, təşkilatçılar türkiyəli nümayəndələrin istəyini nəzərə alıblar.
Bildirilib ki, İordaniya, İran, Qətər və Şimali Afrika ölkələri daxil olmaqla digər müsəlman dövlətləri hələlik oxşar tələb irəli sürməyiblər.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var