İranın xarici işlər naziri Abbas Əraqçi Livanla atəşkəsin əldə olunmasının ABŞ ilə danışıqlar üçün həlledici şərt olduğunu bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Məlumata görə, Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə getməyi planlaşdırır, lakin İsrail və Livanın atəşkəs barədə razılığa gəlib-gəlməyəcəyindən asılı olaraq vəziyyət "hələ də dəyişə bilər".
Ravidə danışan mənbələr vurğulayıblar ki, İran tərəfi İsveçrə səfərindən əvvəl Livandakı hərbi əməliyyatların dayandırılmasına nail olunmasında israr edir.
Daha əvvəl Ravid bildirib ki, danışıqlarda ABŞ-ni ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edəcəklər.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər