Almaniyanın Münxen şəhərində iki yük qatarı toqquşub.
“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, dəmir yolu keçidində baş verən toqquşma zamanı qatarlardan birinin bir neçə vaqonu körpüdən aşaraq küçəyə düşüb.
Polisin məlumatına görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Qəza zamanı qatarlarla yük daşınmayıb. Bu dəmir yolu ancaq yükdaşımada istifadə olunduğu üçün qəza sərnişin qatarlarının hərəkətinə təsir etməyib.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər