Fransa Milli Assambleyasında deputatlar üçün narkotik vasitələrin aşkarlanmasına yönəlmiş testlərin tətbiqi məsələsi gündəmə gəlib. İki deputat - Fransua Jolive və Jan-Fransua Russe assambleyanın sədri Yael Braun-Piveyə müraciət edərək bu cür yoxlamaların həyata keçirilməsini təklif ediblər.
“İki sahil” xəbər verir ki, “Horizons” partiyasından olan Fransua Jolive məktubunda parlament üzvləri də daxil olmaqla Milli Assambleyanın bütün əməkdaşlarının qəfil və məcburi narkotik testlərdən keçirilməsini istəyib.
“Ensemble pour la République” qrupunun deputatı Jan-Fransua Russe isə assambleya sədri ilə görüş tələb edərək, deputatlara könüllü əsasda narkotik testlərində iştirak etmək imkanı yaradılmasını təklif edib. O bildirib ki, məqsəd hər hansı şəxsi hədəfə almaq deyil, parlament üzvlərinin də şəffaflıq və bərabərlik prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir.
Russeyə görə, siyasətçilər cəmiyyət qarşısında nümunə göstərməli və ictimai etimadın qorunması üçün daha açıq olmalıdırlar.
Bu təşəbbüs Baş nazir Sebastyən Lökornünün nazirlər və yüksək vəzifəli dövlət qulluqçuları arasında qəfil narkotik testlərinin keçirilməsini nəzərdə tutan göstərişindən sonra gündəmə gəlib. Həmin göstərişə əsasən, nazirlər öz əməkdaşlarının və özlərinin tüpürcək nümunəsi ilə aparılan narkotik yoxlamalarından keçməsini təmin etməlidirlər.
Bu qərar Fransa dövlət idarələrində geniş müzakirələrə səbəb olub.
Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər