İyunun 20-də Dənizkənarı Bulvar ərazisində “AzerGold” QSC əməkdaşlarının iştirakı ilə veloyürüş keçirilib. Tədbir Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə təşkil olunub.
“İki sahil” xəbər verir ki, start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan veloyürüş zamanı iştirakçılar xüsusi marşrut üzrə hərəkət edərək sağlam həyat tərzinin təbliği və fiziki aktivliyin təşviqinə dəstək nümayiş etdiriblər. Tədbirin əsas məqsədi əməkdaşlar arasında velosiped mədəniyyətinin formalaşdırılması, sağlam həyat tərzinin təşviqi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təbliği və ətraf mühitin qorunmasına diqqətin artırılması olub.
Yüksək əhval-ruhiyyə şəraitində keçən veloyürüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində iştirakçılar həm idmanla məşğul olmaq, həm də sağlam və ekoloji həyat tərzinin üstünlüklərini təşviq etmək imkanı əldə ediblər.
Azərbaycan Velosiped İdmanı Federasiyası gələcəkdə də müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində velosiped idmanının inkişafı, sağlam həyat tərzinin təşviqi və ekoloji maarifləndirmə istiqamətində layihələrin həyata keçirilməsini davam etdirəcək.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var