Türkiyənin İsparta vilayətində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər ölüb, 26 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, mikroavtobus güclü yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.
Əraziyə polis, təcili tibbi yardım, yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qazaxıstan ŞƏT-də nəqliyyat və regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırır – Dulatbek Kıdırbekulı
ABŞ və Rusiya maliyyə nazirləri Trampın Ukrayna ilə bağlı planını müzakirə edirlər