Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda yarımfinal döyüşlərinə yekun vurulub. “İki sahil” xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin bir idmançısı finala yüksəlib. Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda Qabriel Quidi Rontaniyə (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək finalda Rami Kiuanla (Bolqarıstan) qarşılaşacaq.
Digər boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) Dünya kubokunu bürünc medalla başa vurublar.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var