Bakıda ilk dəfə çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda 41 komanda çempionluq uğrunda mübarizə aparıb. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər. Hər komandanın heyətində bir qadın və bir kişi voleybolçu yer alıb. Bütün rəqiblərini məğlub edən Tural Həsənli və Xədicə Hadızadə cütü turnirin qalibi olub. Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Qaliblərə tac, diplom, medal, həmçinin Azərbaycan Voleybol Federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Mükafatları VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov və “Fenerbahçe” klubunun Azərbaycandakı idman məktəblərinin direktoru Amin Həmzəyev təqdim ediblər.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var