Argentina millisinin dünya çempionu kapitanı Lionel Messinin ən böyük abidəsi vətənində ictimaiyyətə təqdim olunub.
“İki sahil” xəbər verir ki, "TyC Sports" telekanalının məlumatına görə, yeni abidənin hündürlüyü 26 metr, çəkisi isə 70 tondur. Monumentin layihəsi heykəltəraş Aldo Berois tərəfindən hazırlanıb.
Yeni abidə ölçülərinə görə Lionel Messiyə həsr olunmuş ən böyük heykəl hesab edilir.
Qeyd edək ki, iyunun əvvəlində Hindistanın Kəlküttə şəhərində ucaldılmış 21 metrlik Messi heykəli güclü küləklərdən sonra təhlükəsizlik və dayanıqlılıqla bağlı yaranan narahatlıqlar səbəbindən sökülmüşdü.
Beləliklə, Argentinada istifadəyə verilən yeni abidə həm ölçüsünə, həm də texniki göstəricilərinə görə əvvəlki rekordları geridə qoyub.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var