“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Klubdan “İki sahil”ə bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var